“Brent” markalı neft 90 dollaradək bahalaşa bilər" – Ekspert

“Brent” markalı neft 90 dollaradək bahalaşa bilər

 İrandan neft ixracının gündə 1 mln. bareldən daha artıq azalması "Brent” markalı neftin bir barelinin qiymətini 90 dollaradək bahalaşdıra bilər.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Sinqapurun "JTD Energy Services” şirkətinin baş təhlilçisi Con Driskol məlumat verib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı artırmaq niyyətində olmaması, həmçinin Venesuela və Liviyanın hasilatı azaltması dünya neft bazarındakı vəziyyətə mənfi təsir göstərir.
Daha əvvəl "JPMorgan Chase"in ekspertləri yaxın 6 ay üçün "Brent” markalı neftin bir barelini orta hesabla 85 dollar, WTI markalı neftin bir barelini isə 76 dollar həddində proqnozlaşdırmışdılar.
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR