Bred Pitt və Ancelina Coli rəsmi olaraq boşanıblar

Bred Pitt və Ancelina Coli rəsmi olaraq boşanıblar

Hollivudun məşhur simaları - Ancelina Coli və Bred Pitt rəsmi olaraq boşanıblar.

Bu barədə "Reprot" RİA "Novosti"yə istinadən xəbər verir.
Məhkəmə onların subay statusunun bərpası ilə bağlı qərarı aprelin 12-də verib. Bu qərar həmçinin keçmiş həyat yoldaşlarına uşaqlara hamilik üzrə razılaşma, əmlakın bölüşdürülməsi kimi məsələlər üzərində işləməyə imkan verəcək. Bu prosesin bir neçə ay davam edə biləcəyi söylənilir.
Aktyorlar üç ildir davam edən boşanma prosesini emosional cəhətdən yorulduqlarına görə, razılaşma ilə bitimək qərarına gəliblər.
Xatırladaq ki, Hollivud ulduzları 2014-cü ildə evləniblər. Birgə olduqları dövrdə cütlüyün üç övladı dünyaya gəlib, eyni zamanda onlar daha üç uşağı övladığıa götürüblər.
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR