Braziliyada koronavirusa yoluxanların sayı yarım milyonu ötdü

Braziliyada koronavirusa yoluxanların sayı yarım milyonu ötdü

Braziliyada son bir gündə koronavirusa 16 409 yeni yoluxma qeydə alınıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında bildirilir.
Qeyd edilir ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 514 849 nəfərə çatıb.
Ölkədə bir gün ərzində koronavirusla bağlı 408 ölüm təsdiqlənib. COVID-19 qurbanlarının ümumi sayı 29 314-ə yüksəlib.
Ölkədə virusa yoluxmuş 206 555 insan sağalıb. Koronavirusla bağlı ən ağır vəziyyət San-Paulu ştatındadır. 
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR