Braziliyada bir gündə koronavirusa yoluxanların sayında antirekord qeydə alınıb

Braziliyada bir gündə koronavirusa yoluxanların sayında antirekord qeydə alınıb

Braziliyada son bir gün ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayına görə növbəti ən yüksək göstərici qeydə alınıb. Belə ki, son 24 saat ərzində COVID-19 infeksiyasına 26 928 nəfər yoluxub.

Aktual.az   "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da koronavirusa yoluxanların sayı 465 166 nəfərə çatıb.
Bundan başqa, ötən sutka ərzində Braziliyada daha 1 124 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.
Ölkə üzrə müalicə alan 27 878 xəstə vəfat edib, 190 minə yaxın pasiyent isə sağalıb.
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR