Braziliyada bir gündə COVID-19-a 30 mindən çox insan yoluxub

Braziliyada bir gündə COVID-19-a 30 mindən çox insan yoluxub

Braziliyada son sutkada COVID-19-dan ölüm hallarının birgünlük artımı 1 473təşkil edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ötən gün ölkədə təhlükəli virusa yoluxanların sayı 30 mindən çox artıb.
Cənubi Amerikanın bu ölkəsində koronavirus üzrə statistika artmaqda davam edir. ABŞ-ın ayrı-ayrı ölkələrdə COVID-19-la bağlı statistika aparan Con Hopkins Universitetinin məlumatına görə, Braziliya təhlükəli virusdan ölüm hallarını sayına görə İtaliyanı ötərək, (ABŞ və Böyük Britaniyadan sonra) dünyada üçüncü yeri tutub. Braziliya həmçinin virusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikincidir.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, COVID-19-a yoluxma ilə bağlı 614 941 hal (son bir gündə 30 925 yoluxma - red) təsdiq edilib. Ölkədə ümumilikdə 34 021 insan pandemiyanın qurbanı olub. Virusa yoluxmuş 255 min pasiyent sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR