Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin deyib.
O qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək.
Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq.
Xəbər 67 dəfə oxunub.