"Boeing 737" dünyanın ən çox satılan təyyarəsi statusunu itirib

  • DÜNYA

Əlli beş illik tarixi ərzində "Boeing 737" bütün dövrlərin ən çox satılan təyyarəsi olub, amma indi o, bu statusunu itirib.

"Report" xəbər verir ki, bu barədə "Business Insider" laynerlərin satış barədə hesabatlara istinadən məlumat verib.
Məlum olub ki, indi ən çox alınan layner "Airbus" konsorsiumu tərəfindən istehsal olunan A320 təyyarələridir.
Belə ki, 2019-cu ilin oktyabr ayının sonuna olan məlumata görə, "Boeing" 737 modelindən olan 15136 təyyarənin təchizatı üçün müqavilələr imzalayıb, "Airbus" isə A320 ailəsinə aid 15193 təyyarə üçün sifariş qəbul edib.
Qeyd olunur ki, buna səbəb "Boeing"də 2019-cu ilin aprelində başlayan böhran olub, çünki şirkət iki aviaqəza fonunda müəyyən müddət 737 MAX modelindən olan təyyarələrinin uçuşu dayandırmışdı.
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR