BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi

BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.

Agentlikdən Aktual.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".
Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.
Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.
2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR