BNA: İşıqforların fəaliyyətində yaranmış problemlər aradan qaldırılır

BNA: İşıqforların fəaliyyətində yaranmış problemlər aradan qaldırılır

 "Bu gün yağışla əlaqədar Bakının bəzi yerlərində işıqforların fəaliyyətində problemlər yaranıb. Ancaq, bu, kütləvi hal almayıb".

Bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda həmin problemlər aradan qaldırılır: "Cəmi bir-iki ünvanda işıqforların üzərində iş aparılır".
M.Ağayev onu da bildirib ki, yağışla əlaqədar bu gün paytaxtda nəqliyyatın sıxlığı müşahidə edilib. 
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR