"BMT qiymətləndirmə missiyasını Dağlıq Qarabağa göndərmək haqqında qərar verib" - Rusiya XİN


BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Dağlıq Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün profil humanitar agentliklərin nümayəndələri olacaq: "Hazırda məlum qiymətləndirmə missiyasının parametrlərinin hazırlanması və razılaşdırılması davam edir. Biz öz tərəfimizdən hesab edirik ki, bütün zərər çəkənlərə profil beynəlxalq təşkilatların xətti ilə humanitar yardımların fəallaşması faydalıdır”.
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR