BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxardı

BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxardı
  • DÜNYA

BMT-nin Narkotik vasitələr üzrə komissiyası tibbi marixuana və onun törəmələrini təhlükəli narkotiklər kateqoriyasından, yəni Narkotik vasitələr haqqında 1961-ci il IV Vahid Konvensiya siyahısından çıxarıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı "New York Times” yayıb.

Bildirilib ki, səsvermədə iştirak edən 53 üzv ölkədən 27-si - ABŞ və Aİ ölkələr daxil olmaqla - bu qərarın lehinə, 25-i - Rusiya və Çin daxil olmaqla - əleyhinə səs verib. Yalnız Ukraynanın bitərəf qaldığı vurğulanıb.

Qərar Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin yanvarında verdiyi tövsiyə əsasında qəbul edilib.
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR