BMT: “Gender bərabərliyinin təşviqi dünya iqtisadiyyatını 12 trilyon dollar artıracaq

BMT: “Gender bərabərliyinin təşviqi dünya iqtisadiyyatını 12 trilyon dollar artıracaq
  • DÜNYA

"Dünyanın əmək qabiliyyətli əhalisinin yarısını təşkil edən qadınlar öz potensiallarını tam həyata keçirməsələr, gender bərabərsizliyi böyük iqtisadi problemə çevriləcək. İş yerində gender bərabərliyinin təşviqi 2025-ci ilə qədər dünya iqtisadiyyatını 12 trilyon ABŞ dolları artıra bilər”.
Aktual.az xəbər verir ki, bunu şənbə günü Tokioda keçirilən Qadınlar naminə Ümumdünya Assambleyasının (WAW!) iclasının açılışında "BMT Qadınlar” təşkilatının icraçı direktoru Sima Sami Baxus deyib.
Onun sözlərinə görə, son illər dünyada qadınların cəmiyyətdəki mövqeyinin yaxşılaşması tendensiyası müşahidə olunsa da, pandemiya bu prosesə mənfi təsir göstərib. Sima Sami Baxus bildirib ki, bağçalar bağlandıqdan sonra qadınlar övladlarına baxmaq məcburiyyətində qalıblar və nəticədə onlar arasında iş saatının azalması yaşanıb.
"Mövcud tərəqqi tempində gender bərabərliyinə nail olmaq, ayrı-seçkilik yaradan qanunları ləğv etmək və hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq üçün bizə 300 il lazım olacaq”, - Baxus vurğulayıb.
Qeyd edək ki, "WAW!” görüşü 2014-cü ildə Yaponiyada keçirilir. İndiki görüş sayca altıncıdır, çünki bir sıra əvvəlki görüşlər pandemiya səbəbindən ləğv olunub.(report)


Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR