Bloklanan “Telegram”a maraq kəskin artıb - RUSİYADA

Bloklanan “Telegram”a maraq kəskin artıb - RUSİYADA

"Telegram"ın bloklanma prosesinə başlandıqdan sonra Rusiya sakinlərinin messencerə olan marağı artmağa başlayıb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "SimilarWeb" analitik şirkətinin məlumatında deyilir.
Şirkətin mütəxəssisləri Telegram.org saytının fəallığını təhlil ediblər və müəyyən ediblər ki, aprelin 16-da resursun Rusiyada 1,2 milyon ziyarətçisi olub ki, bu da aprelin 9-da olan göstəriciyə əsasən 27 faiz çoxdur.Bundan başqa, smartfon üçün "Telegram" tətbiqinin yüklənmə sayı da artıb. Bir həftə ərzində rusiyalı istifadəçilər "Android" platforması üçün 102 mindən çox yükləmə ediblər ki, bu da daha əvvəlki həftədən 2 dəfə çoxdur. Nəticədə tətbiq Rusiyadakı işlək vəziyyətdə olan bütün "Android" cihazların təxminən 20 faizində yüklənib. Artıq tətbiq yüklənmiş cihazlarda isə ondan 51,59 faiz istifadə edib. Bir həftə öncə bu rəqəm 39,98 faiz təşkil edirdi.
Xatırladaq ki, aprelin 16-da "Roskomnadzor" Moskvanın Taqansk məhkəməsinin qərarı ilə Rusiya ərazisində "Telegram"ın blok edilməsi prosesinə başlayıb. Buna səbəb messencer administrasiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətinə istifadəçilərin şəxsi məlumatlarının deşifrə olunmuş açarlarının verməsinə imtina etməsi olub.
Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR