"Biz ölkə başçısının imzaladığı fərmanları ciddi islahatlara doğru atılan praktik addım kimi dəyərləndiririk" – Partiya sədri


Ötən gün Prezident İlham Əliyevin Azərbaycanda dövlət idarəetməsi sahəsində struktur islahatları və təkmilləşdirmə ilə bağlı bir neçə mühüm fərman imzalaması cəmiyyət tərəfindən müsbət reaksiya ilə qarşılandı. Fərmana əsasən, özünü doğrultmayan bir sıra qurumlar ləğv edildi, digərlərinin isə fəaliyyətinin ictimai əsaslar üzərinə keçirilməsinə qərar verildi.

Bəs bu dəyişiiklik və islahatlarda məqsəd nədir? Məqsəd heç şübhəsiz ki, ölkənin və xalqın gələcəyi üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, bir-birini təkrarlayan və yaxud səmərəliliyi gözlənilən səviyyədə olmayan qurumların ləğv edilməsi, bəzilərinin birləşdirilməsi, digərlərinin isə daha cevik mexanizmlərlə əvəzlənməsi günün tələbinə çevrilmişdi. Prezident İlham Əliyev özü də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyd etmişdi ki, idarəetmənin mövcud modelində dəyişikliklər edilməli, struktur islahatları aparılmalıdır. Bu sahədə islahatlar həyata keçirməklə idarəetmənin həm optimallaşdırılmasına nail olmaq. həm də səmərəliliyini artırmaq mümkündür. Dünya təcrübəsində də bu cür nümunələr var. Dünyanın inkişaf etmiş aparıcı dövlətlərində də idarəetmə sahəsində zaman-zaman islahatlar həyata keçirilib, təkmilləşdirmələr aparılıb. Və bu cür islahatlar həmin ölkələrin bütün sferalarda rəqabət qabiliyyətliliyinin artmasına təkan verib. Cənab Prezidentin dünən start verdiyi struktur islahatları sözsüz ki, ölkəmizin də bütün sahələr üzrə rəqabət qabiliyyətliliyini artıracaq. İslahatlar Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələnin başlangıcını qoyur. Bu mənada, biz ölkə başçısının bir neçə qurumun ləğv edilməsi, bəzi qurumların isə birləşdirilməsi barədə imzaladığı fərmanları ciddi islahatlara doğru atılan praktik addım kimi dəyərləndiririk. Biz DADP olaraq bu islahatları dəstəkləyirik. Dövlətə, Millətə xeyirli olsun!

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR