Bitkoin bir saat ərzində 240 dollar ucuzlaşıb

Bitkoin bir saat ərzində 240 dollar ucuzlaşıb

 Rəqəmsal pul bazarının ümumi kapitallaşması 16 milyard dollar azalıb, qısa müddətdə kriptovalyutaların əksəriyyəti dəyərlərinin 10 faizdən çox həcmində ucuzlaşıb.

"Report” RBC-yə istinadən xəbər verir ki, bitkoinin məzənnəsi ani olaraq 240 dollar azalaraq 6330 ABŞ dolları səviyyəsinə enib. Hazırda 6270 dollara satılır. Beləliklə, 24 saat ərzində bitkoin 4,5 faiz ucuzlaşıb. Eyni müddətdə Ethereum 11 faiz, XRP da 13 faiz dəyər itirib.
Rəqəmsal pul bazarının bu səhər 217 milyard ABŞ dollarından çox olan ümumi dəyəri yenidən 200 milyard ABŞ dolları həddinədək azalıb. Ən dəyərli 100 rəqəmsal pulun cəmi ikisi, yəni QASH (2,6 faiz) və PİVX (5,45 faiz) hazırda "yaşıl zolaq”dadır.
 
Aktual.az
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR