Bitkoin bir qədər bahalaşdı

Bitkoin bir qədər bahalaşdı

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir həftəyə yaxın davam edən ucuzlaşmadan sonra bir qədər bahalaşıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bitkoin bu gün 6,4 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,71% artaraq 6,467 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,55% və ya 361,59 dollaradək ucuzlaşıb, "Ripple" 3,31% (0,3413 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 1,44 (605,76 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 227,28 milyard dollar təşkil edir və bunun 48,9% faizi bitkoinin payına düşür.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR