Bir neçə saat sonra Süveyş kanalında naviqasiya bərpa oluna bilər

Bir neçə saat sonra Süveyş kanalında naviqasiya bərpa oluna bilər

"Ever Given”in torpaqdan çıxarılması üçün uğurlu əməliyyat nəticəsində Süveyş kanalında naviqasiya bir neçə saatdan sonra bərpa oluna bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda xüsusi mənbə "Bloomberg”ə bildirib. Daha əvvəl məlumat verilmişdi ki, Süveyş kanalında hərəkəti dayandıran "Ever Given” konteyner gəmisi torpaqdan çıxarılıb.

Xatırladaq ki, 400 metr uzunluğunda, təxminən 224 min ton yükgötürmə qabiliyyəti olan "Ever Given” konteyner gəmisi Çindən Hollandiyaya hərəkət edib, keçən çərşənbə axşamı kanalın 151-ci kilometrliyində saya oturaraq trafikin qarşısını tamailə kəsib.
 
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR