Bir ildə məhkəmələr 143 milyon manat aliment ödətdirib

Bir ildə məhkəmələr 143 milyon manat aliment ödətdirib

"Ötən il Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icrası sahəsində də böyük işlər görülüb”.

"Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.
Məqalədə qeyd edilib ki, bütövlükdə fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 faizdən çox – 1,74 milyard manata yaxın vəsait ödətdirilib ki, bunun da 143 milyon manatdan çoxu alimentlərdən ibarətdir:
"Təsirli tədbirlərdən biri də bu olub ki, məhkəmə qərarlarının icrasına maneçilik törədən və icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4 min 712 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2 min 808 nəfər həbs edilib, 493 nəfər barəsində cinayət işi açılıb".
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR