Bir ildə Azərbaycanda 660 uşaq övladlığa götürülüb

Bir ildə Azərbaycanda 660 uşaq övladlığa götürülüb

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə 345 nəfəri oğlan, 315 nəfəri isə qız olmaqla ümumilikdə 660 uşaq, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb.

Bu barədə Aktual.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb, Azərbaycan məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82 təşkil edib.
2019-cu ildə övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74nəfəri isə 11-17 yaş arasında olub.
Xəbər 87 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR