Bir-birini təhqir edən aktrisaların məhkəməsində ŞOK TƏZMİNAT tələbi

Bir-birini təhqir edən aktrisaların məhkəməsində ŞOK TƏZMİNAT tələbi

Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə prosesi davam edib.

Aktual.az Lent.az
-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər.

Vəsatət gələn prosesdə müzakirəyə çıxarılacaq. Proses martın 5-də davam edəcək

Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını "1000 manatlıq fahişə” adlandırıb.
P.Abıyeva isə instagram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.

T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: "Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik".

P.Abıyevanın vəkili Ceyhun Yusifov müvəkkili şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR