Binəqədidə 300 abonentin təbii qaz təchizatında fasilə yaranıb

Binəqədidə 300 abonentin təbii qaz təchizatında fasilə yaranıb

Saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər. Fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb.

Nəticədə 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR