Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? - VAXT AÇIQLANDI

Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? - VAXT AÇIQLANDI

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Trend-ə verdiyi məlumata görə, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub.
Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün.
A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir: "Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur".
 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR