“BİNƏ” TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN OLUB – 4 nəfər tüstüdən boğulub ( VİDEO)

“BİNƏ” TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN OLUB – 4 nəfər tüstüdən boğulub ( VİDEO)

Gecə saatlarında "Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb.


Report Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. "3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika,Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Yanğın təxminən2000-3000 kv.m sahəniəhatə edib. Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenantEtibar Mirzəyevdeyib.

Onun sözlərinə görə, yanğının baş vermə səbəbi dəqiq bilinmir:"Yanğının konkret hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək. Həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyan da hesablanacaq. Hazırda isə yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır”.

Səhiyyə Nazirliyi də "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Report”a verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb”.

Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR