Bill Qeytsin varidatı 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 100 milyard dolları ötüb

Microsoft kompaniyasının qurucusu Bill Qeytsin varidatı 1999-cu ildən bəri ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb. "Bill Qeytsin var-dövləti bu həftə 100 milyard dolları ötüb. Bu, maliyyə hesabatının buraxılması ərəfəsində (hesabat aprelin 24-də dərc olunacaq) kompaniyanın səhmlərinin bahalaşması sayəsində baş verib”, – məlumatda belə deyilir.
Cümə axşamı günü Microsoftun səhmlərinin qiyməti maksimum səviyyəyə çataraq bir səhm üçün 123,52 dollara yüksəlib. Həftənin əvvəlindən səhmlər 2 faiz bahalaşıb.
Forbes Qeytsin varidatını 100,61 milyard dollar həcmində qiymətləndirir. O, dünyanın ən varlı insanları siyahısında varidatı 152,95 milyard dollar təşkil edən Amazon kompaniyasının başçısı Ceff Bezosdan sonra ikinci yerdədir.
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR