Bibiheybət məscidində xeyriyyə aksiyası keçirilib

Bibiheybət məscidində xeyriyyə aksiyası keçirilib

Müsəlmanların ən şərafətli bayramlarından biri sayılan Qurban bayramı Azərbaycanda avqustun 22-də qeyd olunur. Bayram ərəfəsində Bakının Səbayıl rayonu ərazisindəki Bibiheybət məscid-ziyarətgahında xeyriyyə aksiyası keçirilib. Şəhid ailələrinə, qaçqın və köçkünlərə, aztəminatlı insanlara ərzaq yardımı göstərilib.
Məscidin imanmı, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev bildirib ki, Qurban bayramı əsrlər boyu insanalr arasında ülfət, qardaşlıq və mehribanlıq yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edir: "Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə uyğun olaraq hər il müqəddəs Qurban bayramı ərəfəsində Bibiheybət məscid-ziyarətgahında xeyriyyə aksiyası keçirilir. Bu il də ənənəyə sadiq qalaraq rayon ərazisində yaşayan şəhid ailələrini, qaçqın və məcburi köçkünləri, eləcə də aztəminatlı insanları sevindirdik, onlara ərzaq yardımı payladıq”. 

Aksiya zamanı 200-dən çox ailəyə bayram hədiyyəsi təqdim olunub.

Xəbər 726 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR