Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürdü

Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürdü

Suriyadakı rejimin başçısı Bəşər Əsəd prezident seçkisi keçirməyə hazırlaşır.

Aktual.az "Reuters”ə istinadən xəbər verir ki, seçki bu ilin mayın 26-da keçiriləcək. B.Əsəd yenidən prezidentliyə namizəd olacaq.

Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir. O, dövlət başçısı olan atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib.

2011-ci ildən ölkədə vətəndaş müharibəsi gedir.

2014-cü ildə keçirilən seçkidə B.Əsədin 88 faiz səslə yenidən dövlət başçısı seçildiyi elan olunub.
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR