Bərdədə gənclər arasında bıçaqlanma olub

Bərdədə gənclər arasında bıçaqlanma olub

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.


"Report"un yerli bürosu xəbər verir ki, hadisə Qarabağ qəsəbəsində qeydə alınıb. 

Belə ki, rayon ərazisində məskunlaşan Agdamdan olan məcburi köçkün Rüstəmov Rəsul Ruslan oğlu ilə hələlik şəxsiyyəti məlum olmayan şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı gənclər bir-birini bıçaqlayaraq xəsarət yetirib.

Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb. Beş bıçaq zərbəsi alan R.Rustəmov vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 
Aktual.az
Xəbər 94 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR