Bərdədə 600 kiloqram at əti aşkarlanıb

Bərdədə 600 kiloqram at əti aşkarlanıb

Bərdə rayonunda 600 kiloqram at əti aşkarlanıb. 

Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.   
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə rayon Polis şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.  
Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib. 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR