“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”

“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”

"Vətəndaş dövlətin idarəetmə xərclərini vergi ödəməklə öz üzərinə götürür. Ancaq vətəndaş hər hansı məsələ üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə. Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”.

Aktual.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə deyib. 

O, dənizçilərin vəsiqə üçün ödədiyi rüsuma etiraz edib: "Bir dənizçi adicə vəsiqə üçün 40 manat niyə ödəməlidir? Əgər vəsiqəni itiribsə, bu, öz səhvi ucbatından baş veribsə, rüsum ödəyib yenisini almalıdır. Amma kimsə şəxsiyyət vəsiqəsi alırsa, ya vaxtı bitib dəyişirsə niyə rüsum ödəsin ki?! 

Onsuz da bir qrup əhalinin vəziyyəti yaxşı deyil. Bu məsələlərə yenidən konseptual şəkildə baxılmalı, vətəndaşlardan pul yığılmasına son qoyulmalıdır”.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR