Belarusda S-300 kompleksi qəzaya uğrayıb

Belarusda S-300 kompleksi qəzaya uğrayıb
  • DÜNYA

Belarusda S-300 zenit-raket kompleksi quraşdırılmış "Favorit” texnikası Polotsk şəhəri yaxınlığında qəzaya uğrayıb.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qavrusik bildirib.
S-300 texnikasının iştirakı ilə olan qəza hərbi karvanın daimi yerləşmə məntəqəsinə doğru hərəkət etdiyi zaman baş verib.
"Döyüş komplektinin olmadığı kompleks karvanın tərkibində 30 km/saat sürətilə hərəkət edirdi. Bu vaxt sürücü idarəetməni itirib”, – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmasa da, hərbi texnika xəndəyə düşüb.
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR