“Belarus xüsusi əməliyyatda iştirak edir, bunu gizlətmirik” - Lukaşenko

“Belarus xüsusi əməliyyatda iştirak edir, bunu gizlətmirik” - Lukaşenko
  • DÜNYA

Belarus Rusiyanın Ukraynada başladığı xüsusi əməliyyatda iştirak edir, lakin ora öz ordusunu göndərmir.

Aktual.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus dövlətinin başçısı Müdafiə Nazirliyində hərbi təhlükəsizliklə bağlı müşavirə keçirib.
"Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq", -deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, hər gün Belarusa bir neçə yüz adam gəlir.

"Bəli, müalicə edirik. Lazım olan insanları müalicə etdik. Bəli, biz insanları yedizdiririk. Həm də təkcə rusları yox. Biz gündə Ukraynadan gələn 400-500 nəfər qaçqını, dilənçiləri, yoxsulları yedizdiririk. Axı onlara necə yemək verməmək, müalicə etməmək olar?! Bax bu, bizim bu hərbi əməliyyatda iştirakımızdır. Başqa cür iştirakımız yoxdur və olmayacaq”, - Lukaşenko bildirib.

Rusiya fevralın 24-dən Ukraynada müharibəyə başlayıb.


Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR