Belarus prezidentinin keçmiş köməkçisi 12 il azadlıqdan məhrum edilib

Belarus prezidentinin keçmiş köməkçisi 12 il azadlıqdan məhrum edilib

Belarus Prezidenti Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko iri məbləğdə rüşvət almaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

"Report” TASS-a istinadən xəbər verir ki, Belarus Ali Məhkəməsinin saytında iyulun 5-də bu barədə məlumat yayılıb.
Bildirilib ki, məhkəmənin qərarına əsasən, keçmiş köməkçinin əmlakı müsadirə ediləcək. Bu iş üzrə məhkəmə prosesi qapalı rejimdə keçirilib. Hökm qüvvəyə minib. 
Məlumata görə, Aleksandr Lukaşenkonun keçmiş köməkçisi cari ilin mayında 200 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulub.  
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR