Belarus ABŞ-dan kömək istədi

Belarus ABŞ-dan kömək istədi

Belarus DTK dövlət çevrilişi işi üzrə müttəhimlərin Litva və Ukraynadan ekstradisiya məsələsini başladıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə BelTA agentliyi respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin rəsmi nümayəndəsi Andrey Yaroşa istinadən məlumat yayıb.
 
Komitə bu işlə əlaqədar ABŞ-ın səlahiyyətli orqanlarından hüquqi dəstək istəyıb. ABŞ-dan müttəhimlərin olduğu yerləri müəyyənləşdirmək, habelə onları dindirmək və "işin bütün şərtlərinin hərtərəfli araşdırılmasına yönəlmiş digər istintaq və prosessual hərəkətləri həyata keçirmək" xahiş edilib.

Cinayət işində 9 nəfər ittiham olunur. Baş Prokurorluq onlardan beşinə qiyabi həbs şəklində qabaqlayıcı tədbir tətbiq edib. Təqsirləndirilənlər arasında Aleksandr Feduta, Yuri Zenkoviç, Qrigori Kostusev var. Siyahıda Olqa Qoluboviç, Aleksandr Perepeçko, Dmitri Şigelski, Vitali Makarenko, Pavel Kulajenko və İqor Makar da var.

Bundan əvvəl, Belarus dövlət televiziya kanalı ONT Belarus Respublikasında dövlət çevrilişinə cəhd iddiasında dördüncü şübhəlinin adını və soyadını açıqlayıb. Televiziya kanalına görə, sui-qəsdin dördüncü iştirakçısı Olqa Qoluboviç adlı biri olub. O, Yuri Zenkoviçə məxsus bir firmada işləyib.

Bundan əvvəl prezident Aleksandr Lukaşenko özünə və övladlarına qarşı ABŞ hakimiyyətinin xeyir-dua verdiyi iddia edilən bir sui-qəsd cəhdi planlaşdırıldığını bildirib. Rusiya FSB-si bu məlumatı təsdiqləyib. Bundan başqa, Rusiya Federasiyasında Amerika pasportuna da sahib olan respublika vətəndaşları Aleksander Feduta və Yuri Zenkoviç də tutulub. Bundan əlavə, müxalifət lideri Qriqori Kostusev də həbs edilib.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR