BBF-in dəstəklədiyi layihələr Gürcüstanda 1-ci və 2-ci yerləri tutub

BBF-in dəstəklədiyi layihələr Gürcüstanda 1-ci və 2-ci yerləri tutub

 Gürcüstanda "Welcome Challenge” - turizm, otelçilik və səyahət üzrə 2-ci Beynəlxalq İnnovasiya Forumu keçirilib.


Aktual.az xəbər verir ki, tədbir adı çəkilən sahələr üzrə startapların yarışması, onların investorlarla bir araya gətirilməsi məqsədi daşıyıb.

"Creative Cup Georgia”, eləcə də Gürcüstanın İqstisadiyyat və İnkişaf nazirliklərinin təşkil etdiyi yarışmada turizm, otelçilik və səyahət üzrə Qafqaz və Orta Asiya regionunun ən innovativ startapları yarışıb. Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistandan ümumilikdə 14 müxtəlif startap layihəsi iştirak edib. 

     

Qeyd edək ki, 3 gün davam edən yarışmanın ilk günü startaplar investorlardan ibarət münsiflər heyəti qarşısında çıxış edib, növbəti mərhələ üçün ekspertlərin və mentorların məsləhətlərini alıblar. Növbəti gün, final mərhələsində hər bir layihə verilmiş reqlament çərçivəsində təqdim edilib və münsiflər heyəti tərəfindən 4 fərqli kateqoriyada ballar üzrə qiymətləndirilib. Sonuncu gün isə Gürcüstanın Yüksək Texnologiyalar Parkında rəsmi şəxslərin iştirakı ilə nəticələrin elan olunması və təltifetmə mərasimi keçirilib.

Nəticədə Azərbaycanı təmsil edən 2 layihə yekdil səsvermə ilə 1-ci və 2-ci yerləri tutub. Layihələrdən biri Süleyman Əliyevin təmsil etdiyi, otellərdə tullantıların səmərəli idarə olunmasını asanlaşdıran "EcoSolutions” layihəsi, digəri isə Elmir Mahmudovun təmsil etdiyi, insanları eyni məkanda birləşdirən sosial şəbəkə - "OnBranch” layihəsidir. Qeyd edək ki, hər iki layihə "Baku Business Factory”nin (BBF) dəstəyi ilə yarışmaya göndərilib və hazırda BBF-in rezidentləridir.

Xatırladaq ki, BBF 2015-ci ilin may ayında yaradılıb. Şirkətin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR