Bayram günləri Bakıda ictimai nəqliyyat işləməyəcək.
Aktual.az Yenisabah.az-a istinadla xəbər verir ki, Novruz tətili günlərdində karantin rejimi sərtləşdirilməsə də paytaxt Bakıda ictimai nəqliyyat işləməyəcək.
Bu barədə qərarın Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün saat 16:00-da keçirəcəyi brifinqdə elan edəcəyi gözlənilir.
Xatırladaq ki, koronavirusa yoluxmada son günlər baş verən artım, xüsusilə dəfələrlə artıq ölümcül olması ilə seçilən Britaniya ştammının qonşu ölkələrdə aşkarlanması və Azərbaycanda da yayılması Novruz bayramı günlərində məhdudiyyətlərin tətbiqini gündəmə gətirib.
Xəbər 367 dəfə oxunub.