Baydenin inauqurasiyası pandemiya qaydası ilə keçiriləcək

Baydenin inauqurasiyası pandemiya qaydası ilə keçiriləcək
  • DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyası üzrə tədbirlər sosial məsafə qaydaları ilə təşkil olunacaq.

"Report” "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin İnauqurasiya üzrə komitəsi bildirib.

Qeyd edilir ki, qoşunların ənənəvi keçidində silahlı qüvvələrin bütün növləri iştirak edəcək, amma hərbi qulluqçular arasında sosial məsafə qaydasına riayət olunacaq. Bu halda mülki parad bütün ölkə üzrə virtual formatda keçiriləcək.

Bundan başqa, inauqurasiyaya Konqresin özünün yalnız 435 üzvü dəvət ediləcək. Onlardan hər biri mərasimə yalnız bir qonağı gətirə bilər.

Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR