Batumidə uşaq xəstəxanasında tavan uçdu

Batumidə uşaq xəstəxanasında tavan uçdu
  • DÜNYA

Gürcüstanın Batumi şəhərində İaşvili adına ana və uşaq xəstəxanasında palataların birində asma tavan uçub.

Aktual.az Report-a istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı palatada 4 uşaq olub.

İnsident zamanı xəsarət alan olmayıb. Uşaqların valideynləri xəstəxanaya polis çağırıblar.

Klinikanın rəhbərliyindən bildirilib ki, hadisənin səbəbi araşdırmalardan sonra məlum olacaq.

Xəstəxanaya artıq Batumi meriyası və Fövqəladə Halların İdarə Olunması Xidmətinin nümayəndələri baş çəkib.
Xəbər 89 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR