Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var

Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var
  • DÜNYA

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə etiraz aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası və "Ayıb" Hərəkatının üzvləri proporsional seçki sisteminə keçidlə bağlı qanunun parlamentdə qəbul olunmamasına etiraz ediblər.
Etirazçılar hökumət binasının qarşısında toplaşaraq əməkdaşların binaya daxil olmasına imkan verməyiblər.
Aksiyada Acarıstan hökumətinin istefası tələb olunub.
Aksiyaçılar və polis arasında qarşıdurma baş verib, bir neçə etirazçı saxlanılıb.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR