Baş prokurorun diplomunun saxta olduğu üzə çıxıb – İstefası tələb olunur

Baş prokurorun diplomunun saxta olduğu üzə çıxıb – İstefası tələb olunur
  • DÜNYA

Gürcüstanın baş prokuroru Şalva Tadumadzenin istefası tələb olunur.

"Report”un yerli bürosu xəbər verir ki, buna onun ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub.
Sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.
Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.
Parlament müxalifəti Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.
Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokurorudur.
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR