Baş nazirdən yeni qərar: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

Baş nazirdən yeni qərar: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.

Aktual.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən,Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə əlillik müddətsiz müəyyən edilir.
Xəbər 193 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR