Baş nazir illər sonra qızının atasına ərə gedir (FOTOLAR)

Baş nazir illər sonra qızının atasına ərə gedir (FOTOLAR)

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern nişanlısı, teleaparıcı Klark Qeyfordla ailə qurmağa hazırlaşır.

40 yaşlı hökumət rəhbəri radio proqramlarından birinə açıqlamasında yaz mövsümündə (dekabr-fevral arasında) cənub yarımkürəsində yerləşən ölkələrdən birində evlənəcəyini bildirib.

"Özümü parti verə bilməyəcək qədər yaşlı hiss edirəm”, - deyən Ardern əvəzində kiçik bir məclis təşkil edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, 5 milyona yaxın əhalisi olan Yeni Zelandiya epidemiyaya qarşı sınaqdan ən yaxşı çıxmış ölkələrdən (2629 yoluxma, 26 ölüm) biridir. Belə ki, dünyanın bir çox ölkəsi yeni mutasiyalarla mübarizə apararkən, Yeni Zelandiyada xəstələrin sayı demək olar ki, sıfırlanıb. Ölkədəki insanlar maskasız küçələrdədir və həyat normala dönüb. Bu sahədə Baş nazirin rolu danılmazdır. Hətta, o, koronavirus təhlükəsinə operativ reaksiya verdiyinə görə "Financial Times” beynəlxalq biznes qəzetinin hazırladığı "2020-ci ilin ən nüfuzlu qadınları”nın siyahısına rəhbərlik edib.

Xatırladaq ki, Baş nazir C. Ardern 2013-cü ildən münasibətdə olduğu K. Qeyfordla 201-cu ildə nişanlanıb. Cütlüyün 2018-ci ilin ilin iyununda Niv adlı qızı dünyaya gəlib.//Qafqazinfo.az
Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR