“Barış pınarı”: Suriyada 595 terrorçu məhv edilib

“Barış pınarı”: Suriyada 595 terrorçu məhv edilib
  • DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 595 terroçusu zərərsizləşdirilib.

"Report” xəbər verir ki, bu barədə "Hürriyyet” məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.


Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR