Barak Obama administrasiyası Fələstinə 221 milyon dollar köçürüb

Barak Obama administrasiyası Fələstinə 221 milyon dollar köçürüb
  • DÜNYA

ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyası hakimiyyətinin son günlərində Fələstinə 221 milyon dollar köçürüb

Ölkə.Az xəbər verir ki, Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasına bir neçə saat qalmış Konqress bu barədə məlumatlandırılıb.

Obamanın bu qərarına qarşı Respublikaçılar partiyası ABŞ Konqresində uzun müddət mübarizə aparıblar. Amma Obama administrasiyası hakimiyyətinin son saatlarında Fələstin muxtariyyatına 221 milyon dollar ödəyə bilib.

Verilən xəbərə görə, administrasiya Trampın prezident kimi fəaliyyətə başlamasına bir neçə saat qalmış yazılı formada rəsmən Konqresi bu barədə məlumatlandırıb. 19 yanvar tarixində isə dövlət katibi Con Kerri qanunverici orqana administrasiyanın qərarı barədə məlumat verib.
 
Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR