Balakəndə yol qəzası: xəsarət alanlar var

Balakəndə yol qəzası: xəsarət alanlar var

Balakən rayonunda yol qəzası olub.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 22-dən 23-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib. 
Balakən rayonu Tülü kənd sakini, 1991-ci il təvəllüdlü Rəşad Kamil oğlu Layıcov idarə etdiyi "VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən Poçtbinə kənd inzibati ərazisindən axan çayın üzərindəki körpüyə çatan zaman idarəetməni itirib. Nəticədə maşın hündürlükdən çaya düşüb. 
Qəza zamanı sürücü R. Layıcov, avtomobildə olan sərnişinlər - Balakən şəhər sakinləri, 1989-cu il təvəllüdlü Nəsimi Füzuli oğlu Omarov, 1978-ci il təvəllüdlü Xanım Əsəd qızı Balacayeva və Məlahət Əli qızı Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan "Report”a bildirilib ki, yaralılardan R.Layıcov və X.Balacayevanın xəsarətləri ağır olduğundan müalicələri Reanimasiya şöbəsində aparılır. N.Omarovun müalicəsi Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir. M.Sadıqovanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR