Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanıldı

Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanıldı

Balakəndə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 rəst at cəmdəyinin qalıqları aşkar edilib. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR