Balakəndə daşqın – 680-dən çox evi su basıb, 8 körpünü sel aparıb - FOTO - VİDEO (YENİLƏNİB)

Balakəndə daşqın – 680-dən çox evi su basıb, 8 körpünü sel aparıb - FOTO - VİDEO (YENİLƏNİB)

Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilib. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. 
Dəyən ziyan araşdırılır.

***
 Balakən rayonunda Dəli çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb. 

Bu barədə "Report"un Şimal-qərb bürosuna Katex kənd icra numayəndəliyindən məlumat verilib. 
Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.

***
 Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb. 
Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb.








Xəbər 1070 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR