"BakuBus" avtobusları niyə gecikir? - AÇIQLAMA


"BakuBus" MMC istifadəsində olan marşrutlarda bəzi hallarda avtobusların gecikməsinə aydınlıq gətirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, bu problem hələ də qalmaqdadır:
"Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Problem şəhərin bəzi küçələrindəki tıxaclardır. Tıxaclarda avtobuslar yubanır və nəticədə intervallarda gecikmələr baş verir. Bəzi hallarda isə avtobus dayanacaqlarında taksi sürücülərinin dayanması avtobusların dayanacaqlarda dayanmasına mane olur. Bu proses də sonda dayanacaqlararası intervallarda gecikməyə səbəb olur".

A.Qasımov deyib ki, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi tədbirlər görür.
 
Aktual.az
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR