“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir

“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir

"Baku Business Factory”(BBF) Biznes İnkubasiya Mərkəzi Kovörker Mərkəzində boşalan yerlər üçün layihə qəbulunu davam etdirir.


Aktual.az xəbər verir ki, BBF-in Kovörker Mərkəzi müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Startaplar və frilanserlər mərkəzə üzv ola bilərlər. Startaplar üçün yerlər tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub.

BBF-də layihələr üzrə işləməyə başlayanlar ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, resepşn xidmətləri, şəhər telefonu, internet, printer, skaner, iclas otaqları, oyun zalı və mətbəxdən tamamilə ödənişsiz istifadə edirlər. Onlar həmçinin BBF tərəfindən müxtəlif sahələr üzrə təşkil olunan mentorluq proqramlarından yararlana bilərlər.

Hazırda Kovörker Mərkəzində bir sıra uğurlu layihələrin icrasına yer verilib və insanlar bizneslərini qurmaq istiqamətində çalışırlar.

Kovörker Mərkəzinə üzv olmaq üçün BBF-in rəsmi saytında (www.bbf.az) "BİZƏ QOŞULUN” adlı anketi doldurmaqla müraciət göndərə bilərsiniz. Ərizəniz BBF-nin İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra uyğun hesab edilərsə, yalnız seçilən layihələrin rəhbərləri ilə əlaqə saxlanılacaq.

Seçimdə ən çox diqqət yetirilən məqamlar bunlardır: açıq iş sahəsində digərləri ilə birlikdə icra olunacaq layihələr və işləyə biləcək şəxslər, dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan təkfunksiyalı layihələr (çoxfunksiyalı layihələr qəbul edilmir), müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləyən yenilikçi layihələr və ya şəxslər.

Seçilən layihələrdən heç bir maddi qarşılıq tələb etməyən BBF-nin yeganə gözləntisi onların öz bizneslərini inkişaf etdirərək irəli getməsi və qlobal bazarda rəqabət aparan şirkətlərdən birinə çevrilməsidir.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya mərkəzlə telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 
Aktual.az 
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR