Bakının iki qəsəbəsində su olmayacaq

 Bakının iki qəsəbəsində su olmayacaq

Bu gün Bakının iki qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-dən Aktual.az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR