Bakında vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO

Bakında vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO

Daxili İşlər Nazirliyi(DİN) Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin saxlanılması ilə bağlı açıqlama yayıb.


Açıqlamada bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər:"Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və Mahmud Məmmədov olmaları müəyyən edilib.Araşdırma aparılır".


***

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatıməlum olub.


"Report”un xəbərinə görə, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR